İranda limanda baş verən partlayışda xəsarət alanların sayı 400 nəfəri keçib

İranın Şəhid Rəcai limanında baş verən partlayışda xəsarət alanların sayı 406 nəfərə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İranın yerli hakimiyyət orqanları məlumat veriblər.
***
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.
Bildirilib ki, onlardan 195 nəfəri Hörmüzqandakı xəstəxanalara yerləşdiriliblər.
Məlumatda ölənlərin sayının hələ ki məlum olmadığı da qeyd edilib.
Partlayışın səbəbi araşdırılır.
***
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 80 nəfər xəsarət alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Hormüzqan əyaləti fövqəladə hallar üzrə idarəsi məlumat yayıb.
Partlayış nəticəsində ölənlərin də olacağı ehtimal edilir.
***
İranın cənubunda yerləşən Bəndər-Abbas şəhərindəki dəniz limanı ərazisində baş verən güclü partlayış nəticəsində bir neçə əməkdaş xəsarət alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirlib ki, partlayış yanacaq saxlama çəninin partlaması nəticəsində baş verib.
Qeyd olunub ki, partlayış dalğası ofis binasını dağıdıb və limandakı avtomobillərə ziyan vurub. Limanın bir neçə əməkdaşı xəsarət alıb.
Məlumata görə, İran rəsmiləri hələ ki hadisəni şərh etməyiblər.
Qeyd edək ki, İranın cənubunda körfəz sahilində yerləşən Bəndər Abbas şəhəri Hörmüzqan əyalətinin mərkəzidir.
***
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında əsas ofisdə partlayış olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Hörmüzqanın Böhranı İdarəetmə İdarəsindən bildirilib.
Məlumata görə, Şəhid Rəcai limanında baş verən partlayışın səbəbi hələ ki məlum deyil.
Hadisənin nəticəsində itkilər, dağıntılar barədə informasiya yayılmayıb.

Oxşar xəbərlər
Defne Samyelinin qızları: "İstəsəydik, bu günə qədər evlənərdik"
Müğənni və aktrisa Defne Samyelinin qızları sosial şəbəkədə ünvanlarına yazılan "Varlı ər axtarırsınız" şərhlərinə ilk dəfə reaksiya veriblər. BAKU.WS xəbər ve...