İranda etirazlarda 5 müəllim və 22 tələbə həlak olub

İranda etirazlarda 5 müəllim və 22 tələbə həlak olub
Dünya 38

İranda baş verən son etiraz aksiyaları zamanı beş müəllim və 22 tələbə həyatını itirib.

BAKU.WS-in inn.ir portalına istinadən verdiyi məlumata görə, bu barədə İran Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Hüseyn Sadeqi açıqlama verib.

Məlumatda bildirilir ki, yanvar hadisələrində həlak olanların qırxıncı gününə təsadüf edən tarixdə ölkədə yeni kütləvi tələbə etirazları başlayıb. İran Milli Müqavimət Şurası (NCRI) bu barədə bəyanat yayıb.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda milli valyuta – İran rialının kəskin ucuzlaşması fonunda bazar iştirakçıları etiraza çıxıblar. Növbəti gün aksiyalara tələbələr də qoşulub. Qısa müddətdə narazılıqlar ölkənin bir sıra iri şəhərlərinə yayılıb.

2026-cı il yanvarın 2-də vəziyyət daha da kəskinləşib. Şəhər küçələrində naməlum silahlı şəxslərin göründüyü bildirilib. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşmalar qeydə alınıb.

Hadisələrin ən gərgin mərhələsi yanvarın 8-i axşam saatlarına təsadüf edib. Rəsmi məlumatlara görə, həmin gün azı 12 mülki şəxs, o cümlədən bir uşaq ölüb. Hakimiyyət 25 hüquq-mühafizə əməkdaşının da həlak olduğunu açıqlayıb.

Tehran meri Əlirza Zakani paytaxtda 25 məscidin yandırıldığını bildirib. Onun sözlərinə görə, 26 bank, üç tibb müəssisəsi, 10 dövlət qurumu, 48 yanğınsöndürən avtomobil, 42 avtobus və təcili tibbi yardım maşını, eləcə də 24 yaşayış evinə ziyan dəyib.

İran rəsmiləri iğtişaş iştirakçılarını terrorçu adlandırıb və hadisələrin arxasında İsrail və ABŞ-nin dayandığını iddia edib.

Son xəbərlər