İranda etiraz aksiyaları davam edir

İranda etiraz aksiyaları davam edir
Video
Dünya 104

İranda etiraz aksiyaları davam edir.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu gün səhər saatlarında minlərlə insan paytaxt Tehranın küçələrinə axın edib.

Bildirilib ki, hazırda ölkənin bir çox aparıcı xəbər agentliklərinin saytları işləmir. Dünən axşamdan bəri İranda internet bağlantısı kəsilib.

"Azad İran"ın məlumatına görə, Yəzddə etirazçılar bələdiyyə binasını, Tehranda isə inzibati binalardan birini yandırıblar. Bildirilib ki, Tehranın Firdovsi bulvarında polis maşınları yandırılıb.

Bundan başqa dünən İranda etiraz aksiyaları kəskinləşib. Məlumata görə, Məşhəd şəhərində etirazçılar repressiv hökumət qüvvələrinə qarşı aksiyalar keçiriblər. Nümayişçilər aksiya zamanı hərbi avtomobili yandırıblar və polis idarəsinə od vurublar.

Son xəbərlər