İranda edam dalğası: Hər iki saatda bir nəfər asılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Son bir ayda İranda edam hökmlərinin icrası kəskin artıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
İranda İnsan Haqları Müdafiəçiləri Qrupu - HRANA-nın məlumatına görə, 22 noyabr - 22 dekabr tarixləri arasında ölkə zindanlarında ən azı 338 məhbus dar ağacından asılıb.
Bu göstərici dekabr ayı ərzində təxminən hər iki saatda bir edamın icra edildiyini göstərir.
Bildirilib ki, bu müddət ərzində 296 insan hüquqları pozuntusu qeydə alınıb. Hesabata əsasən, bu dövrdə 338 edam, 21 yeni ölüm hökmü və 6 edam cəzasının təsdiqi faktı sənədləşdirilib. Edam olunanlardan iki nəfər ictimaiyyətin gözü qarşısında asılıb.
Asılan məhbusların əksəriyyəti narkotik qaçaqmalçılığı və qətldə ittiham olunsa da, siyahıda bir neçə siyasi məhbusun da olduğu bildirilir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...