İranda dövlət mediası məlumatları məhdudlaşdırır və təbliğat aparır
Yeniliklərdən dərhal xəbərdar olun
İranda dövlət mediasının müharibə ilə bağlı məlumatları məhdudlaşdırdığı və hadisələri rəsmi mövqeyə uyğun şəkildə təqdim etdiyi bildirilir.
BAKU.WS xəbər verir ki, xarici agentliklər fevralın 28-də xəbərlər yaymağa başlasa da, ölkə daxilində bir müddət məlumat çatışmazlığı yaranıb. Ayətullah Əli Xameneinin öldürülməsi ilə bağlı iddialar ortaya çıxsa da, İran rəsmiləri bu məlumatları nə təsdiqləyib, nə də təkzib ediblər. Dövlət televiziyası isə tamaşaçıları yalnız rəsmi məlumatlara inanmağa çağırıb.
Məlumata görə, müharibə başlayandan bəri İran mediası xəbərləri əsasən rəsmi filtrdən keçirərək yayımlayıb. Verilişlərdə daha çox mülki itkilər, "düşmənə cavab" çağırışları və hakimiyyətə dəstək mövzularına yer verilib. Bəzi hallarda isə dezinformasiya nümunələri də qeydə alınıb. Məsələn, sosial şəbəkələrdə İranın hücumu nəticəsində guya Bəhreyndə göydələnin yandığını göstərən video paylaşılsa da, sonradan bunun süni intellektlə hazırlanmış görüntü olduğu müəyyənləşdirilib.
Ekspertlər bildirirlər ki, İran uzun illərdir media üzərində ciddi nəzarət tətbiq edir və bu səbəbdən ölkədə müstəqil məlumat əldə etmək çətin olaraq qalır.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...