İranda dərman və tibbi avadanlıq daşıyan təyyarə vuruldu

İranda dərman və tibbi avadanlıq daşıyan təyyarə vuruldu
Dünya 77

İranın Məşhəd Beynəlxalq Hava Limanının ərazisində dərman və tibbi avadanlıq daşıyan mülki təyyarə hədəfə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının bu gün yaydığı bəyanatda bildirilib.

"Mülki Aviasiya Təşkilatı, Məşhəd hava limanına eniş edən, İran üçün digər ölkələrdən dərman və tibbi avadanlıq daşıyan mülki təyyarəyə qarşı Amerika-İsrail hücumunu qətiyyətlə pisləyir", - deyə bəyanatda vurğulanıb.

"Humanitar yük daşıyan mülki hava nəqliyyat vasitəsinin hədəfə alınması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır" - deyə həmçinin bəyanatda qeyd edilib.

Təşkilat həmçinin bütün beynəlxalq qurumları bu aktı pisləməyə və bütün günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Son xəbərlər