İranda baş verən liman partlayışının SƏBƏBİ AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Bəndər-Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında aprelin 26-da baş verən güclü partlayışa səbəb olan yanğının bir forkliftdən çıxan qığılcımdan qaynaqlandığı açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd məlumat verib. O, Fars körfəzi sahilində yerləşən Hörmüzqan əyalətinin Bəndər-Abbas şəhərindəki limanda baş verən hadisənin səbəbinə aydınlıq gətirib.
Kolivənd bildirib ki, limandakı konteynerlər standartlara uyğun olmayan şəkildə yerləşdirilib, ərzaq məhsulları ilə kimyəvi maddələr yanaşı saxlanılıb: "İlkin araşdırmalara əsasən, hadisənin əsas səbəbi səhlənkarlıq və laqeydlik olub. Təhlükəsizlik və peşə standartlarına əməl edilməyib".
O, yanğının konkret səbəbi kimi forkliftdən çıxan qığılcımı göstərərək deyib: "Əgər hadisə yerində yanğını söndürmək üçün yanğınsöndürən maşın olsaydı, alovun yayılması və nəticədə partlayışın qarşısı asanlıqla alına bilərdi".
Qeyd edək ki, İranın cənubunda, Fars körfəzi sahilində yerləşən Şəhid Rəcai limanında aprelin 26-da günorta saatlarında güclü partlayış baş verib. Hadisə nəticəsində onlarla insan həyatını itirib, təxminən 1200 nəfər isə yaralanıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...