İran ABŞ bazasına zərbə endirdiyini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
İran Küveytdə yerləşən ABŞ hərbi bazalarından birinə raket və pilotsuz uçuş aparatları ilə hücum edildiyini açıqlayıb.
BAKU.WS İranın dövlət televiziyasına istinadən xəbər verir ki, zərbələr zamanı bazadakı "əsas obyektlərdən" birini hədəfə alıb. Hücumdan sonra ərazidən tüstünün yüksəldiyi və yanğın baş verdiyi bildirilib.
Hadisənin hansı ABŞ hərbi bazasında baş verdiyi ilə bağlı məlumatda Küveytdəki Əli əl-Salim aviabazasına işarə edilir.
Hazırda zərbə nəticəsində ölən və ya yaralananların olub-olmaması, eləcə də bazaya dəymiş ziyanın miqyası barədə rəsmi açıqlama verilməyib. Küveyt rəsmiləri də hadisə ilə bağlı hələlik ətraflı məlumat yaymayıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...