İranda 87 gündən sonra internet məhdudiyyətləri ləğv olunur
Yeniliklərdən dərhal xəbərdar olun
İranda fevralın 28-dən etibarən tətbiq edilən genişmiqyaslı internet məhdudiyyətləri aradan qaldırılır.
BAKU.WS "Mehr"ə istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ölkə üzrə internetə çıxışın yenidən bərpa olunması ilə bağlı göstəriş verib.
Qərar Rabitə Nazirliyinin nümayəndələrinə istinadən açıqlanıb. Bildirilib ki, ölkədə həftələrdir davam edən internet məhdudiyyətlərinin mərhələli şəkildə ləğvinə başlanılacaq.
Qeyd edək ki, internetə tətbiq edilən məhdudiyyətlər ABŞ və İsrailin fevralın 28-də başladığı hücumlardan sonra təhlükəsizlik səbəbilə qüvvəyə minmişdi. Təxminən 87 gün davam edən məhdudiyyətlər dövründə İranın qlobal şəbəkəyə çıxışı ciddi şəkildə nəzarətdə saxlanılıb.
Məlumata görə, internet xidmətlərinin bərpası ölkədə normal həyata dönüş istiqamətində atılan əsas addımlardan biri hesab olunur.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...