İrana qarşı hərbi əməliyyatın dörd məqsədi açıqlandı

İrana qarşı hərbi əməliyyatın dörd məqsədi açıqlandı
Dünya 39

ABŞ dövlət katibi Marko Rubio İrandakı hərbi əməliyyatın dörd məqsədini açıqlayıb.

BAKU.WS "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə müvafiq bəyanat ABŞ Dövlət Departamentinin "X" sosial media platformasındakı rəsmi hesabında dərc edilib.

"Əməliyyatın məqsədləri bunlardır: İranın hava qüvvələrini məhv etmək, donanmasını məhv etmək, raket imkanlarını ciddi şəkildə azaltmaq, fabriklərini məhv etmək" - deyə, bəyanatda deyilir.

Rubio əvvəllər ABŞ-ın İranın Hörmüz boğazından keçən gəmilər üçün rüsum almasına icazə vermək niyyətində olmadığını bildirib. O əlavə edib ki, ABŞ prezidenti Donald Tramp bunun qarşısını almaq qərarına gələrsə, onun bir sıra variantları var.

Son xəbərlər