İrana hücum üçün ABŞ-nin nəhəng Arsenalı üzə çıxdı

ABŞ-nin İrana zərbə endirməsi üçün nəhəng arsenalı bəlli olub.
BAKU.WS xəbər verir ki, bu barədə Amerikanın "The National Interest" (TNI) jurnalı məlumat yayıb.
Nəşr xatırladır ki, iyunun 16-da ABŞ Hərbi Hava Qüvvələri ABŞ-nin İrana hava zərbələri endirmək üçün istifadə oluna biləcək 30-a yaxın KC-135 Stratotanker və KC-46A Pegasus tanker təyyarələrini Avropaya köçürdükdən bir neçə saat sonra prezident Donald Tramp Kanadada keçirilən G7 sammitini tərk edib. Eyni zamanda, ABŞ rəhbəri Tehranın 9,4 milyon sakinini şəhəri tərk etməyə çağırıb.
Ertəsi gün, iyunun 17-də ABŞ-nin üç rəsmisi "Reuters" agentliyinə onlarla Amerika F-16 Fighting Falcon, F-22 Raptor və F-35 Lightning II qırıcılarının Yaxın Şərqə təhvil verilməsi barədə məlumat verib.
"Bu təyyarələrin hamısı quru hədəflərinə zərbə endirmək qabiliyyətinə malikdir, eyni zamanda İrana hücumlarda istifadə oluna biləcək bombardmançı təyyarələri də qoruya bilir", - nəşr yazır.
Müəllifin sözlərinə görə, ABŞ Hərbi Hava Qüvvələri Hind okeanındakı Dieqo Qarsiya adasında ən azı altı Northrop B-2 Spirit strateji bombardmançı təyyarəsini yerləşdirib. Bundan əlavə, bölgədə B-52 Stratofortress təyyarələrinin mövcudluğu müntəzəm olaraq saxlanılır.
Oxşar xəbərlər
İsrail İranın raket qurğularının üçdə ikisini məhv edib
İsrail Hərbi Hava Qüvvələri hərbi əməliyyatın başlanğıcından bəri İranın raket qurğularının təxminən üçdə ikisini məhv edib. BAKU.WS xəbər verir ki, bu barədə "...
