İran zərbələri Yaxın Şərqdə ABŞ-nin 7 hərbi obyektində rabitə sistemlərinə ziyan vurub
İranın hücumları nəticəsində Yaxın Şərqdə yerləşən azı yeddi ABŞ hərbi obyektində rabitə və radiolokasiya sistemlərinə ziyan dəyib.
BAKU.WS The New York Times istinadən xəbər verir ki, İran zərbələri rabitə və radar sistemlərinin bir hissəsi olan və ya onların yaxınlığında yerləşən qurğulara zərər vurub.
Bildirilir ki, hücumlar fevralın 28-də, həmçinin martın 1 və 2-də həyata keçirilib. Zədələnən obyektlər arasında yaxınlaşan ballistik raketlərin izlənməsi üçün istifadə olunan mexanizmlərin də olduğu qeyd olunur.
Eyni zamanda vurğulanır ki, ABŞ ordusunun kommunikasiya infrastrukturu ciddi şəkildə məxfiləşdirildiyi üçün zərbələrin konkret hansı sistemlərə təsir göstərdiyini dəqiq müəyyənləşdirmək çətindir.
Qeyd edək ki, daha əvvəl ABŞ-nin İraqın Ərbil şəhərində yerləşən hərbi bazasının iki pilotsuz uçuş aparatı ilə hücuma məruz qaldığı bildirilmişdi.
Oxşar xəbərlər
İsrail Beyruta qarşı yeni hücumlar elan edib
İsrail Beyruta qarşı yeni hücumlar elan edib. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ordunun məlumatına görə, Beyrutda "Hizbullah"a məxsus hesab etdi...