İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib
Yeniliklərdən dərhal xəbərdar olun
İran Silahlı Qüvvələri Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarının məhv edildiyini iddia edib və Amerika qoşunlarının regiondan çıxarılmasını tələb edib.
BAKU.WS-in məlumatına görə, bu barədə İran ordusunun "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının sözçüsü İbrahim Zülfəqari brifinqdə açıqlama verib.
O bildirib ki, ABŞ hərbçiləri bazaları tərk edərək sığınacaqlarda gizlənir və İran qüvvələri onları axtarır.
Zülfəqari region sakinlərini ABŞ hərbçilərinin gizləndiyi yerlər barədə məlumat verməyə və öz təhlükəsizlikləri üçün onların bölgədən çıxarılmasını tələb etməyə çağırıb.
Qeyd edək ki, İran daha əvvəl ABŞ-nin münaqişənin dayandırılması ilə bağlı təklifini rədd edərək, müharibənin yalnız Tehranın müəyyən etdiyi şərtlər əsasında başa çata biləcəyini bildirmişdi.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...