İran XİN ABŞ-nin müharibədəki əsas məqsədini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
İran hesab edir ki, ABŞ ilə yaranmış müharibənin əsas səbəbi regionun enerji resurslarına nəzarət etmək istəyidir.
BAKU.WS xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "RT" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ regionda enerji resurslarına nəzarəti ələ keçirmək məqsədilə münaqişəni qızışdırıb.
Bəqai vurğulayıb ki, İran bu vəziyyətdə öz xalqını, milli kimliyini və sivilizasiyasını qorumaq üçün cavab tədbirləri görməyə məcbur qalır.
XİN rəsmisi həmçinin iddia edib ki, ABŞ-nin hücumları yalnız hərbi obyektlərə deyil, eyni zamanda mülki infrastruktura da yönəlir:
"Hücumlar nəticəsində məktəblər, xəstəxanalar və tarixi abidələr də zərər görür".
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...