İran və Rusiya Xəzər dənizdə hərbi təlim keçirəcək

İran və Rusiya Xəzər dənizdə hərbi təlim keçirəcək
Dünya 73

İran və Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər dənizində genişmiqyaslı birgə təlimlərə hazırlaşır. CASAREX-2025 adı altında keçiriləcək bu manevrlər iyulun 21-dən start götürəcək və üç gün davam edəcək.

BAKU.WS İranın "Tasnim" xəbər agentliyinə istinadən xəbər verir ki, sözügedən təlimlər İran Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü ilə təşkil olunur.

Təlimlərdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölmələri, Rusiya Federasiyasının Hərbi Dəniz Qüvvələri, eləcə də Xəzəryanı ölkələrdən dəvət olunmuş müşahidəçilər iştirak edəcək.

Məqsəd Xəzər dənizində dəniz təhlükəsizliyini gücləndirmək, fövqəladə hallarda birgə reaksiya imkanlarını artırmaq və region ölkələri arasında hərbi əməkdaşlığı dərinləşdirməkdir. CASAREX-2025 çərçivəsində birgə axtarış-xilasetmə əməliyyatları, koordinasiyalı hərəkətlərin məşqi və qarşılıqlı informasiya mübadiləsi kimi fəaliyyətlər həyata keçiriləcək.

Oxşar xəbərlər

Maduro Kolumbiya sərhədi və sahillərə 25 min hərbçi göndərdi

Maduro Kolumbiya sərhədi və sahillərə 25 min hərbçi göndərdi

Venesuela Prezidenti Nikolas Maduro Kolumbiya ilə sərhəd bölgələrinə, həmçinin Karib dənizi və Atlantik sahillərinə 25 min hərbçinin yerləşdirilməsinə göstəriş...

13 Dünya 08:58 08 sentyabr 2025

Son xəbərlər