İran və İsrail yenidən müharibəyə hazırlaşır? - Məşhur nəşr yazdı
19
iyl
2025
19:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) komandirləri hər an İsraillə müharibəni bərpa etməyə tam hazır olduqlarını bəyan ediblər.
"Azad İran" "Telegram" kanalının xəbərinə görə bu barədə məşhur "Newsweek" jurnalı yazıb.
Bildirilib ki, 12 günlük münaqişədən sonra əldə olunan atəşkəsə baxmayaraq, bölgədə gərginlik qalmaqdadır. İran xəbərdarlıq edib ki, istənilən hücum və ya təxribata dərhal cavab veriləcək.
"Qüvvələrimiz müharibəni qaldığı yerdən davam etdirməyə tam hazırdır", - deyə SEPAH-ın yeni baş komandanı Məhəmməd Pakpur bildirib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...