İran və AEBA yeni əməkdaşlıq şərtləri barədə razılığa gəlib
İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) qarşılıqlı əlaqələri və Tehranın nüvə obyektlərində bütün yoxlamaları dayandırdıqdan sonra əməkdaşlıq üçün yeni qaydalar barədə razılığa gəliblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İranın dövlət televiziya və radio şirkətinə müsahibəsində İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi deyib.
"ABŞ və İsrailin ölkəmizdəki dinc nüvə obyektlərinə qanunsuz hücumları nəticəsində yaranan yeni reallıqlarda agentliklə qarşılıqlı fəaliyyət metodu razılaşdırılıb", - o deyib.
KİV-in məlumatına görə, agentliyin rəhbərləri Rafael Qrossi və İran xarici işlər naziri Abbas Əraqçi Tehranla AEBA arasında əməkdaşlığın bərpasına dair yeni saziş imzalayıblar.
Oxşar xəbərlər
NASA-nın xərcləri 23% azaldılacaq
ABŞ administrasiyası 2027-ci ildə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) fəaliyyətinə ayrılan vəsaiti 5,6 milyard dollar, yəni 23% azaltmağı...