İran və ABŞ arasında saziş iyunun 19-da İsveçrədə imzalana bilər

İran və ABŞ arasında saziş iyunun 19-da İsveçrədə imzalana bilər
Dünya 15

İran və ABŞ arasında əldə olunan qarşılıqlı anlaşmanın rəsmi imzalanma mərasiminin iyunun 19-da İsveçrənin Bürgenştok qəsəbəsində keçirilməsi planlaşdırılır.

BAKU.WS xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən yerli mətbuat məlumat yayıb.

Məlumata görə, ABŞ ilə İran arasında razılaşmanın Bürgenştokda imzalanacağı təsdiqlənib. Bildirilib ki, mümkün memorandumun imzalanmasına dair danışıqların davam etdirilməsi və tərəf nümayəndə heyətlərinin İsveçrəyə səfərlərinin asanlaşdırılması məqsədilə son günlər ABŞ, İran, Pakistan və Qətərlə sıx təmaslar aparılıb.

Açıqlamada qeyd olunub ki, Bürgenştok görüş məkanı kimi həm ABŞ və İran, həm də vasitəçi qismində çıxış edən Pakistan və Qətər tərəfindən təklif edilib.

İsveçrə tərəfi isə vasitəçilik rolunu üzərinə götürdüyünü və görüşün ölkə ərazisində keçirilməsi üçün zəruri şəraiti təmin etdiyini bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər