İran valyutası yenidən ucuzlaşıb - Dollar 1,8 milyon riala çatıb
İranın milli valyutası rial son günlər sürətlə dəyər itirib və aprelin 29-na olan məlumata görə, 1 ABŞ dolları 1,8 milyon rial səviyyəsinə çataraq rekord həddə yüksəlib.
BAKU.WS xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Bildirilir ki, son bir neçə həftə ərzində valyuta nisbətən sabit qalmışdı. Buna səbəb idxal və ixracın aşağı səviyyədə olması idi. Hətta mart ayının sonunda ABŞ-nin İran neftinin satışına qismən icazə verməsindən sonra rial bir qədər möhkəmlənərək 1,559 milyon səviyyəsinə qədər qalxmışdı.
Lakin sonradan vəziyyət yenidən dəyişib. Vaşinqtonun İran gəmiləri üçün Hörmüz boğazında məhdudiyyətlər tətbiq etməsi, Tehranın isə digər gəmilərin keçidinə mane olması gərginliyi artırıb. Aprelin sonuna tərəflər arasında formal atəşkəs olsa da, danışıqlar faktiki olaraq nəticəsiz qalıb.
Ekspertlər hesab edirlər ki, rialın ucuzlaşması ölkədə inflyasiyanı daha da artıracaq. Çünki İran iqtisadiyyatı idxaldan – xüsusilə ərzaq, dərman və elektronika məhsullarından ciddi şəkildə asılıdır.
Qeyd olunur ki, ötən ilin payızında İran hökuməti milli valyutanın denominasiyasını həyata keçirsə də, bu addım rialın dəyər itirməsinin qarşısını ala bilməyib. Mart ayında ölkədə nağd pul çatışmazlığı səbəbindən dövriyyəyə 10 milyon rial nominallı əsginas buraxılıb.
Oxşar xəbərlər
BƏƏ OPEC-dən çıxmasının səbəbini açıqladı
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEC və OPEC+ təşkilatlarından çıxmaq qərarı verib. BAKU.WS xəbər verir ki, bu barədə ölkənin energetika naziri Suhail Al Mazr...