İran Türkiyəyə raket atılması iddialarını rədd edir

İran Türkiyəyə raket atılması iddialarını rədd edir
Dünya 22

İran Türkiyəyə raket atılması iddialarını rədd edib.

BAKU.WS "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı zamanı bildirib.

O İrandan Türkiyəyə raket atıldığı iddia edilən xəbərləri qəti şəkildə rədd edib.

Əraqçi əlavə edib ki, İran bu cür iddiaları araşdırmaq üçün birgə texniki əməkdaşlıq etməyə hazırdır.

Abbas Əraqçi Hakan Fidanla son regional inkişafları müzakirə edib.

Fidan, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir xarici işlər nazirlərinin qatıldığı İslamabadda keçirilən dördtərəfli görüşə toxunaraq, müharibənin dayandırılması və sülh və sabitliyin bərqərar olması üçün regional dəstəyi vurğulayıb.

Əraqçi öz növbəsində ABŞ və İsrailin İranda məktəblərə, universitetlərə, elmi mərkəzlərə, tarixi və mədəni yerlərə, enerji və istehsal infrastrukturuna, eləcə də yaşayış məntəqələrinə hücumları pisləyib.

O əlavə edib ki, ABŞ rəsmilərinin İranın enerji və istehsal infrastrukturunu hədəfə almaqla bağlı təhdid ritorikası özlüyündə cinayətkar təhdid təşkil edir.

Əraqçi bildirib ki, beynəlxalq hüququn fundamental prinsiplərinə və humanitar normalara açıq şəkildə etinasızlığı əks etdirir, beynəlxalq ictimaiyyətdən qətiyyətli cavab tələb edir.

Son xəbərlər