İran region ölkələrini təhdid etdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Tehran Fars körfəzi ölkələrinin ABŞ ilə gələcək əməkdaşlığını İranın milli təhlükəsizliyinə qarşı yönəlmiş hərəkət kimi qiymətləndirəcək".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfüqari bildirib.
"Region ölkələrinin başçılarına xəbərdarlıq edilir: ABŞ ilə istənilən əməkdaşlıq və bu ölkənin silahlı qüvvələrinə logistik dəstəyin göstərilməsi İranın suverenliyini və milli təhlükəsizliyini sarsıtmağa yönəlmiş hərəkət kimi qiymətləndiriləcək. Münaqişənin daha da gərginləşəcəyi təqdirdə müharibənin alovu regionun bütün ölkələrini bürüyəcək", - o bəyan edib.
Zülfüqarinin sözlərinə görə, məhz regionun bəzi ölkələrinin əməkdaşlığı müharibənin bütün regiona yayılması riskinin artmasına səbəb olub.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...