İran Qətərin 3 pilotun əsir götürülməsi ilə bağlı açıqlamasına reaksiya verdi

İran Qətərin 3 pilotun əsir götürülməsi ilə bağlı açıqlamasına reaksiya verdi
Dünya 6

İran Qətərin mart ayında ölkə ərazisində qəzaya uğrayan İran hərbi təyyarələrinin üç pilotunun əsir götürülməsi ilə bağlı iddiaları təkzib etməsinə etiraz edib.

BAKU.WS xəbər verir ki, İran Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin komandanı, briqada generalı Məhəmməd Baqırzadə bildirib ki, Doha məsələni inkar etmək əvəzinə İranlı mütəxəssislərdən ibarət heyətin Qətərə daxil olaraq hadisə yerində araşdırma aparmasına şərait yaratmalıdır.

Onun sözlərinə görə, İran Hərbi Hava Qüvvələrinin mütəxəssislərindən ibarət qrup aylardır Qətərə daxil olmaq və ərazidə axtarış aparmaq üçün icazə gözləyir.

Baqırzadə Qətər rəsmilərini prosesə mane olmaqda və vaxtı uzatmaqda ittiham edib. O qeyd edib ki, yaranmış məhdudiyyətlər səbəbindən iranlı pilotların ölkəyə qaytarılması ilə bağlı zəruri proses başa çatdırılmayıb.

İki ölkə arasında mübahisə mart ayında İranın Qətərdəki ABŞ hərbi bazalarına qarşı keçirdiyi əməliyyat zamanı başlayıb. Tehran həmin əməliyyat çərçivəsində Su-24 tipli hərbi təyyarələrin qəzaya uğramasından sonra sağ qalan üç pilotun Qətər qüvvələri tərəfindən əsir götürüldüyünü iddia edib.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari isə bu iddianı qəti şəkildə təkzib edib. O bildirib ki, axtarış-xilasetmə işləri zamanı yalnız bir pilotun meyiti aşkarlanıb və İrana təhvil verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər