İran PUA-ları Omanda yanacaq anbarlarını hədəf aldı

İran PUA-ları Omanda yanacaq anbarlarını hədəf aldı
Dünya 56

İran pilotsuz uçuş aparatları (PUA) Omanın şərqində yerləşən Duqm limanındakı yanacaq rezervuarlarına hücum edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Times of Oman" qəzeti məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik xidmətlərindəki mənbə bildirib ki, bir neçə PUA Duqm kommersiya limanında yanacaq saxlama çənlərini hədəfə alıb və onlardan biri birbaşa yanacaq rezervuarına dəyib.

Oman hakimiyyəti hücumu qətiyyətlə pisləyib və insidentin araşdırılması üçün bütün zəruri tədbirlərin görüldüyünü açıqlayıb.

Bundan əvvəl isə martın 3-nə keçən gecə İranın Bəhreyndə yerləşən ABŞ aviabazasına genişmiqyaslı hücum həyata keçirdiyi bildirilmişdi.

Son xəbərlər