İran Ordusu ABŞ-nin İordaniyadakı bazasına hücum edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin İordaniyadakı Əl-Əzrəq (Müvəffəq Salti) bazası İran Ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə hücumuna məruz qalıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
"Əl-Əzrəq bazasında Amerika ordusunun maddi-texniki təminat və dəstək avadanlıqları anbarı, qüvvələrin yerləşmə məkanları PUA-ların hədəfinə çevrilib", - məlumatda qeyd olunub.
Bildirilib ki, ABŞ-nin İordaniyadakı "Müvəffəq Salti" aviabazası avadanlıqları və yüksək insan resursları potensialı ilə regionun ən mühüm hərbi mərkəzlərindən, ABŞ və müttəfiqlərinin əsas hərbi obyektlərindən biri hesab olunur.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyata başlayıb. İran buna cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...