İran ölkənin qərb hissəsində hava məkanını bağladı
Yeniliklərdən dərhal xəbərdar olun
İran hakimiyyəti təhlükəsizlik vəziyyəti ilə əlaqədar ölkənin qərb bölgəsində hava məkanının müvəqqəti bağlandığını elan edib.
BAKU.WS xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Məcid Əhvan açıqlama verib.
Onun sözlərinə görə, təhlükəsizlik vəziyyəti qiymətləndirildikdən və müvafiq NOTAM yayımlandıqdan sonra ölkənin qərb hava məkanı növbəti bildirişədək uçuşlar üçün bağlanıb.
Məcid Əhvan vətəndaşlara zəruri ehtiyac olmadığı halda hava limanlarına getməməyi, uçuşlarla bağlı yenilikləri isə rəsmi media vasitəsilə izləməyi tövsiyə edib.
Qeyd edək ki, bu qərar İranın atəşkəsdən sonra İsrail istiqamətinə raket zərbələri endirməsinin ardınca qəbul olunub.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...