İran millət vəkili od püskürdü: "Zərifi birdəfəlik edam edin, canınız qurtarsın"

İran millət vəkili od püskürdü: Zərifi birdəfəlik edam edin, canınız qurtarsın
Video
Dünya 1760

İran parlamentinin üzvü Əhməd Biqdeli Məhəmməd Cavad Zərifin Prezident Məsud Pezeşkianın strateji məsələlər üzrə müavini təyin edilməsi məsələsinin parlament sədri tərəfindən tez-tez müzakirəyə çıxarılmasını kəskin tənqid edib.

"Azad İran" "Telegram" kanalı bu barədə İran mətbuatına istinadən xəbər verib.

"Bu ölkədə bəzi millət vəkili həmkarlarımızın əsas mövzusu Məhəmməd Cavad Zərif olub. Gəlin birdəfəlik Zərifi edam edək, görək bunlar rahatlaşacaqlarmı? İnsanların su, işıq, işlə təminat problemləri var. Biz isə səhərdən axşama qədər parlamentdə Zərifdən danışırıq. Onu birdəfəlik ölkədən qovaq, bəlkə, parlament nümayəndələri sakitləşərlər. Həqiqətən, parlamentdə millət vəkillərinin bundan başqa işləri yoxdur?" - deyə Əhməd Biqdeli vurğulayıb.

Qeyd edək ki, son günlər vitse-prezident Məhəmməd Cavad Zərifin övladlarının xarici ölkə vətəndaşı olması İranın müəyyən siyasi dairələri tərəfindən geniş müzakirəyə çıxarılıb. Parlament sədri Məhəmməd Baqir Qalibaf isə Zərifin vitse-prezident vəzifəsinə təyin edilməsini qanunsuz adlandırıb.

Oxşar xəbərlər

Ən cəlbedici qadınlar bu ayda doğulur

Ən cəlbedici qadınlar bu ayda doğulur

Psixoloji sorğular və sosial müşahidələrə görə, ən cəlbedici qadınlar may ayında doğulanlar hesab olunur. BAKU.WS xəbər verir ki, mütəxəssislər bunu yaz fəslin...

223 Dünya 12:43 13 dekabr 2025

Son xəbərlər