İran KİV: Amerikalı pilot əsir götürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
İran mediası və İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli sosial media hesabları diqqətçəkən bir iddia ilə çıxış ediblər.
BAKU.WS xəbər verir ki, iki vətəndaşlığa - İsrail və ABŞ-yə malik olduğu bildirilən Moran Saqron adlı pilot 5 aprel 2026-cı il tarixində İran ərazisində ələ keçirilib.
Yayılan məlumatlarda qeyd olunur ki, pilotun idarə etdiyi F-15 təyyarəsi İran sərhədləri daxilində qəzaya uğrayıb. İddiaya əsasən, hadisədən dərhal sonra o, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Hadisənin dəqiq yeri və şəraiti ilə bağlı məlumat verilməyib.
Bununla yanaşı, sosial mediada paylaşılan materiallarda pilotun şəxsiyyətinə aid olduğu iddia edilən bəzi identifikasiya detalları da yer alıb. Bu məlumatlar arasında xüsusi olaraq aşağıdakı nömrə diqqət çəkir: İdentifikasiya kodu: 20475986341278.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...