İran kəşfiyyatından Xameneiyə qarşı sui-qəsd xəbərdarlığı
Yeniliklərdən dərhal xəbərdar olun
İranın kəşfiyyat naziri Seyid İsmail Xətib ABŞ və İsrailin ölkədə sabitliyi pozmaq üçün ali rəhbər Seyid Əli Xameneiyə sui-qəsd cəhdləri barədə məlumat verib.
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
"Düşmən ali rəhbəri aradan götürməyə çalışır və bu gün ölkə daxilində gah sui-qəsd cəhdləri, gah da digər hücumları ilə ölkənin birliyinə, qələbəsinə, tərəqqisinə, sabitliyinə, möhkəmliyinə zərbə vurmaq üçün addımlar atır. Şübhə etmirik ki, bilərəkdən və ya bilməyərəkdən bu cür cəhdlər edənlər düşmənin ən təsirli agentləridir", - deyə o bildirib.
Nazir qeyd edib ki, ABŞ və İsrailin bu addımları İran xalqının maraqlarına, dövlətin birliyinə və suverenliyinə qəti şəkildə ziddir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...