İran İsraildəki hərbi və aerokosmik obyektlərə zərbələr endirdiyini bildirib
İran hərbçiləri Hayfa və Tel-Əvivdəki iri şirkətlərə məxsus obyektlərə zərbələr endirib.
BAKU.WS "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb.
"Martın 24-də İran Ordusu pilotsuz təyyarələrlə Hayfadakı "Rafael Advanced Defense Systems" silah şirkətinə və Ben-Qurion hava limanı yaxınlığındakı "Israel Aerospace Industries" obyektlərinə, eləcə də hava limanında yanacaq dolduran təyyarələrə zərbələr endirib", - açıqlamada deyilir.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb və bir neçə şəhərə hava hücumları təşkil edib. Buna cavab olaraq İran İsrailə raketlər atıb və həmçinin Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib. Bir neçə regional dövlət vəziyyətlə əlaqədar olaraq hava məkanını müvəqqəti olaraq bağlayıb. Elə həmin gün İranın Ali lideri Əli Xamenei zərbələr nəticəsində öldürülüb.
Oxşar xəbərlər
Lvovda yaşayış binaları vurulub: yaralılar var
Rusiya ordusu Ukraynanın Lvov şəhərində yaşayış binalarına zərbələr endirib. BAKU.WS xəbər verir ki, bu barədə şəhərin meri Andrey Sadovıy açıqlama verib. Onun...