İran Hörmüz boğazından keçidə görə ödəniş tələb edir – iddia
İran hakimiyyətinin Hörmüz boğazından tranzit keçid üçün gəmi heyətlərindən ödəniş toplamağa başladığı iddia olunur.
BAKU.WS-in Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, mövzu ilə tanış mənbələr hər bir gəmi üçün təxminən 2 milyon dollar məbləğində ödəniş tələb edildiyini bildiriblər.
Qeyd olunur ki, bu ödəniş konkret şəraitdən asılı olaraq dəyişə bilər və faktiki olaraq dəniz yolundan istifadə üçün qeyri-rəsmi rüsum kimi qiymətləndirilir.
Mənbələrin sözlərinə görə, bəzi gəmilər artıq bu ödənişi həyata keçirib. Lakin ödənişin hansı mexanizmlə və hansı valyutada aparıldığı hələlik açıqlanmayıb.
İran Xarici İşlər Nazirliyi isə yayılan məlumatları şərh etməkdən imtina edib.
Oxşar xəbərlər
Çin və Rusiya İrana hərbi dəstək verir? - Tramp AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Çin və Rusiya İrana hərbi dəstək göstərmir. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Tru...