İran Hörmüz boğazında neft tankerinə dronla hücum edib
Yeniliklərdən dərhal xəbərdar olun
İran Hörmüz boğazında "Prima" neft tankerinə hücum edib.
BAKU.WS xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Telegram-da dərc olunan bəyanatında deyilir.
Məlumata görə, tanker guya Hörmüz boğazında hərəkət qadağası və təhlükə barədə Hərbi Dəniz Qüvvələrinin (HDQ) xəbərdarlıqlarını nəzərə almadıqdan sonra dronla hücuma məruz qalıb.
"Bu gün səhər "Prima" ticarət adı ilə tanınan neft tankeri HDQ-nin Hörmüz boğazında hərəkət qadağası və təhlükə barədə dəfələrlə xəbərdarlıqlarını nəzərə almadıqdan sonra dronla hücuma məruz qalıb", - bəyanatda deyilir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...