İran genişmiqyaslı müharibəyə hazırlaşır
İranın ABŞ qüvvələrinin Yaxın Şərqə əlavə hərbi kontingent göndərməsi fonunda mümkün quru əməliyyatına qarşı genişmiqyaslı hazırlıq gördüyü iddia olunur.
BAKU.WS xəbər verir ki, bu barədə The Wall Street Journal analitiklərə və mənbələrə istinadən yazıb. Bildirilir ki, Tehranın strategiyası sərt və uzunmüddətli qarşıdurmaya yönəlib.
İddialara əsasən, ölkədə 1980-ci illərdəki İran–İraq müharibəsi dövrünü xatırladan səfərbərlik tədbirləri həyata keçirilir. Bu çərçivədə milyonlarla insanın, o cümlədən azyaşlıların cəlb oluna biləcəyi qeyd olunur.
Ekspertlər hesab edir ki, mümkün quru əməliyyatı başlayarsa, İran hücumların coğrafiyasını genişləndirərək dənizdəki neft platformaları, elektrik stansiyaları və digər kritik infrastruktur obyektlərini hədəfə ala bilər.
Chatham House-un Yaxın Şərq proqramının direktoru Sanam Vakil bildirib ki, Tehran mümkün ABŞ müdaxiləsini maksimum dərəcədə baha və siyasi baxımdan məqsədəuyğun olmayan hala gətirməyə çalışacaq.
Onun sözlərinə görə, İran ilkin mərhələdə pilotsuz uçuş aparatları ilə kütləvi zərbələr endirə, daha sonra isə cavab tədbirlərini genişləndirərək qonşu ölkələri də əhatə edə bilər.
Qeyd edək ki, bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib və tərəflərdən hələlik açıqlama verilməyib.
Oxşar xəbərlər
Çin və Rusiya İrana hərbi dəstək verir? - Tramp AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Çin və Rusiya İrana hərbi dəstək göstərmir. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Tru...