İran Ərbil hava limanını vurduğunu açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
İran İraqın Ərbil şəhərində yerləşən hava limanında ABŞ qüvvələri və kürd silahlı dəstələrinin mövqelərinə raket zərbəsi endirdiyini bəyan edib.
BAKU.WS-in məlumatına görə, bu barədə İran KİV-i ölkənin silahlı qüvvələrinin açıqlamasına istinadən xəbər yayıb.
Bildirilib ki, hücum "yer-yer" tipli raketlərlə həyata keçirilib və zərbələr davam edən hərbi əməliyyatlar çərçivəsində endirilib.
Açıqlamada qeyd olunub ki, hədəf ABŞ qüvvələrinin əsas təminat və idarəetmə mərkəzlərindən biri hesab edilən ərazi olub. İran tərəfi həmin zonada hərbi texnikanın yerləşdiyini iddia edir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...