İran Bağdad yaxınlığındakı NATO bazasını vurub
Yeniliklərdən dərhal xəbərdar olun
İran tərəfi Bağdad şəhərində yerləşən hərbi obyektə hücum həyata keçirdiyini bəyan edib. Söhbət İraq paytaxtındakı Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən "Viktoriya" bazasından gedir.
BAKU.WS xəbər verir ki, bu barədə İran Dövlət Televiziya və Radio Şirkəti (İRİB) məlumat yayıb.
Bildirilir ki, zərbə nəticəsində ABŞ-yə məxsus olduğu deyilən "Palm Jet" adlı təyyarə vurulub. Sözügedən "Palm Jet" təyyarəsinin zədələndiyi və uçuş-enmə zolağında dağıntı yarandığı qeyd olunur.
Açıqlamaya əsasən, hücum üç kamikadze pilotsuz uçuş aparatı ilə həyata keçirilib. Bu barədə bəyanatı İslam İnqilabı Keşikçiləri Korpusu təsdiqləyib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...