İran Amerika ilə danışıqlardan imtina edib
Yeniliklərdən dərhal xəbərdar olun
İran ABŞ ilə danışıqlardan imtina edib.
BAKU.WS xəbər verir ki, hökumətin rəsmi nümayəndəsi Fatemeh Mohacerani "İran ABŞ ilə danışıqlardan imtina edir, çünki Ağ ev diplomatiya dilini anlamır"- deyə bəyan edib.
Bu barədə "Mehr" agentliyi məlumat yayıb.
"Danışıqlar İranın həmişə tətbiq etdiyi strategiyadır... Lakin danışıqların öz şərtləri var. Güc mövqeyindən danışıqlar aparmaq danışıqlar aparmaq deyil. "Maksimum təzyiq"dən danışarkən danışıqlardan danışmaq olmaz", - deyə hökumət sözçüsü Fatemeh Mohacerani əalvə edib.
Xatırladaq ki, ABŞ lideri Donald Tramp İranın nüvə silahına sahib ola bilməyəcəyini bəyan edib. O, Vaşinqtonun İrana təzyiq göstərmək istəmədiyini vurğulayıb.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...