İran: AEBA ilə Qahirə sazişi artıq qüvvədə deyil

İran hökuməti bəyan edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) Qahirədə imzalanmış saziş BMT Təhlükəsizlik Şurasının sanksiyalarının bərpasından sonra qüvvədən düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda xarici diplomatik missiya rəhbərləri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında məlumat verib.
Nazirin sözlərinə görə, yeni geosiyasi şəraitdə, xüsusilə də "snapback" mexanizminin işə düşməsi fonunda əvvəlki razılaşma artıq İran üçün yetərli deyil:
"Qahirədə bir neçə mərhələli danışıqlardan sonra əldə olunmuş razılaşma mövcud vəziyyəti əhatə etmir. Yeni reallıqlar fonunda İran AEBA ilə əməkdaşlıq istiqamətində yeni qərarlar qəbul etməyə məcburdur", – Əraqçi bildirib.
O, həmçinin vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasında "Avropa üçlüyü"nün – Böyük Britaniya, Almaniya və Fransanın – sanksiyaların bərpası istiqamətində atdığı addımlar onların İranın nüvə proqramı ilə bağlı gələcək danışıqlarda rolunu əhəmiyyətli dərəcədə zəiflədib:
"Bu ölkələrin etibarı ciddi şəkildə zədələnib və onlar artıq böhranın həlli prosesində həlledici tərəf kimi çıxış edə bilməyəcəklər".
Oxşar xəbərlər
Stoltenberq: "2018-ci ildə NATO-nun dağılma riski real idi"
NATO-nun sabiq baş katibi Yens Stoltenberq açıqlayıb ki, 2018-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Donald Trampın narazılığı səbəbindən alyansın dağılması təhlükə...
