İran ABŞ-yə sərt mesaj göndərdi: Atəşkəs yalnız etimad mühitində mümkündür
İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ABŞ və İsrailə ünvanladığı açıqlamada atəşkəs məsələsinə dair Tehranın mövqeyini bir daha sərt şəkildə ifadə edib.
BAKU.WS xəbər verir ki, onun "X" sosial şəbəkəsində paylaşdığı bəyanatda qeyd olunub ki, İran əvvəlki dövrlərdə dəfələrlə pozulan atəşkəs razılaşmalarına artıq etibar etmir.
Qalibaf vurğulayıb ki, kağız üzərində əldə olunan razılaşmaların praktikada yerinə yetirilməməsi Tehran üçün qəbuledilməzdir.
Parlament sədrinin sözlərinə görə, ABŞ və İsrail real etimad yaradacaq addımlar atmayana və sülhə sadiqlik nümayiş etdirməyənə qədər İran mümkün pozuntulara qarşı qəti və sərt reaksiya verməyə davam edəcək.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında İsrail və İranı hərbi əməliyyatları dərhal dayandırmağa çağırmışdı. Bundan sonra İran tərəfi İsrailə qarşı həyata keçirilən zərbələrin dayandırıldığını açıqlasa da, Livan istiqamətində gərginliyin artacağı təqdirdə yeni addımlar ata biləcəyi barədə xəbərdarlıq edib.
Bununla yanaşı, bölgədə vəziyyət tam sabitləşməyib. İsrail Müdafiə Ordusu Livanın cənubunda "Hizbullah" qruplaşmasına aid olduğu ehtimal edilən hədəflərə qarşı hava əməliyyatları həyata keçirərək altı yaşayış məntəqəsinə aviazərbələr endirib.
Oxşar xəbərlər
Seyid Əli Xameneinin harada dəfn olunacağı açıqlandı
İranın mərhum ali rəhbəri Seyid Əli Xameneinin Məşhəddə dəfn ediləcəyi iddia olunur. BAKU.WS "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə...