İran ABŞ hərbi obyektlərinə zərbələr endirib
01
mar
2026
12:40
İran Ordusunun Hərbi Hava Qüvvələri Fars körfəzi ölkələrində yerləşən və İraqın Kürdüstan bölgəsindəki ABŞ hərbi bazalarına hava zərbələri endirib.
BAKU.WS xəbər verir ki, məlumatı "Tasnim" agentliyi yayıb.
Açıqlamada qeyd olunub ki, əməliyyatlar davam edə bilər və ABŞ ilə yanaşı İsrailə məxsus hərbi obyektlər də potensial hədəf olaraq qalır.
İran tərəfi bəyan edib ki, regionda yerləşən bütün hərbi mərkəzlər mümkün cavab tədbirləri çərçivəsində diqqətdə saxlanılır. Hadisə ilə bağlı ABŞ tərəfindən hələlik rəsmi reaksiya verilməyib.
Oxşar xəbərlər
Laricani: "ABŞ və İsrail bu gün daha sərt zərbə ilə üzləşəcək"
İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ və İsrailə qarşı yeni hərbi əməliyyatların anonsunu verib. BAKU.WS xəbər verir ki, o, "X" sosial şə...