İqlim dəyişikliyi arıların kütləvi tələfatına səbəb olub
Türkiyənin Hacettepe Universitetinin professoru Aslı Özkırım iqlim dəyişikliyinin arıların kütləvi şəkildə məhv olmasına səbəb olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, yazın əvvəlində baş verən ani istilər və sonrakı don hadisələri arıları vaxtından əvvəl fəallaşdırıb, nəticədə çoxlu sayda arı tələf olub.
"Bu il meyvə ağaclarından polen və nektar toplanmadı. Arıların 50 faizindən çoxunu itirdik", – deyə Özkırım qeyd edib.
O, insan müdaxiləsinin və kimyəvi maddələrin arıların uyğunlaşma qabiliyyətini zəiflətməsinə də diqqət çəkib.
Professor, bal və arı məhsullarının bu il az və bahalı olacağını, əsas məqsədin isə arıların varlığını qorumaq olduğunu vurğulayıb.
Oxşar xəbərlər
SenoVax vaksini qocalmanı sürətləndirə bilər
"Immorta Bio" adlı biotexnoloji şirkətin alimləri "SenoVax" adlı yeni vaksin hazırlayıblar. Tərtibatçıların sözlərinə görə, vaksin orqanizmin işinə mane olan və...