"iPhone" qiymətləri 43% arta bilər
04
apr
2025
12:31
ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflərə görə "iPhone" qiymətləri 43 faiz arta bilər.
BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, əvvəllər başlanğıc qiyməti 799 dollar olan "iPhone 16"nın ən ucuz versiyasının qiyməti 1142 dollara, "iPhone 16 Pro Max" modelinin qiyməti isə 1599 dollardan 2300 dollara qədər arta bilər.
Nəşrin analitikləri hesab edirlər ki, bu, istehsalının böyük hissəsi Çində yerləşən Apple şirkəti müştərilərə yeni xərcləri ötürmək qərarına gələrsə, baş verə bilər.
Oxşar xəbərlər
Ukrayna və Kanada 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar
Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karni Kalqaridə 100 illik tərəfdaşlıq haqqında Bəyannamə və bir sıra digər ikitərəfli sənədlə...