İngiltərədə anomal istilərlə bağlı qırmızı xəbərdarlıq edilib
İngiltərədə bu həftə gözlənilən ekstremal isti hava şəraiti ilə əlaqədar qırmızı xəbərdarlıq elan olunub.
BAKU.WS xəbər verir ki, Met Office London da daxil olmaqla İngiltərənin cənub, şərq və qərb Midlends bölgələrində, eləcə də Uels ərazisində yüksək temperaturun müşahidə olunacağını açıqlayıb.
Proqnozlara əsasən, xüsusilə çərşənbə və cümə axşamı günləri temperaturun 37 dərəcəni keçəcəyi, bəzi ərazilərdə isə 38-40 dərəcəyə çatacağı gözlənilir.
Meteoroloqlar bildirirlər ki, yüksək temperaturla yanaşı havada rütubətin də artması insan sağlamlığı üçün riskləri yüksəldə bilər.
Met Office xəbərdarlıq edib ki, isti hava gündəlik həyata ciddi təsir göstərə, nəqliyyat və digər xidmətlərdə problemlər yarada bilər. Qurum əhaliyə günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağı, bol maye qəbul etməyi və ehtiyat tədbirləri görməyi tövsiyə edib.
Qeyd edək ki, İngiltərə ötən ay da isti hava dalğasının təsiri altında olub. Həmin dövrdə ölkənin bəzi bölgələrində temperatur 35 dərəcəni keçmişdi.
Oxşar xəbərlər
"Qiyamət günü radiostansiyası" yeni sirli mesajlar yayımlayıb
Rusiyanın UVB-76 radiostansiyası, daha çox "Qiyamət günü radiostansiyası" kimi tanınan qısa dalğalı radioötürücü, növbəti dəfə müəmmalı mesajlar yayımlayıb. BAK...