İngiltərə miqrantlardan 10 min funt sterlinq ödəmə tələb edəcək
İngiltərə hökuməti ölkədə sığınacaq statusu alan şəxslərlə bağlı yeni qaydalar hazırlayıb.
BAKU.WS xəbər verir ki, yeni qanun layihəsinə əsasən, sığınacaq alan və sonradan işləməyə başlayan şəxslər dövlətin onların yerləşdirilməsi və dəstəyi üçün çəkdiyi xərclərin təxminən 10 min funt sterlinqini hissə-hissə geri ödəməli olacaqlar.
Qeyd olunur ki, bu məbləğ tam ödənilmədən həmin şəxslər daimi yaşayış icazəsi ala bilməyəcəklər.
İngiltərə Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən il sığınacaq alanların dəstəklənməsinə təxminən 4 milyard funt sterlinq xərclənib.
Qanun layihəsi hazırda parlamentin müzakirəsinə təqdim edilib.
Oxşar xəbərlər
Venesuelada ABŞ-dən deportasiya olunan miqrantların qaldığı otel çöküb
Venesuelada baş verən güclü zəlzələ nəticəsində ABŞ-dən deportasiya edilən miqrantların yerləşdirildiyi otel dağılıb. BAKU.WS xəbər verir ki, bu barədə ABC tel...