İndoneziyada 6,1 bal gücündə zəlzələ baş verib
İndoneziyanın Sulavesi adasının şimalında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Tədqiqatlar Mərkəzinin (USGS) məlumatına görə, yerli vaxtla 06:55-də, 10 kilometr dərinlikdə baş verən zəlzələ adanın şimal hissəsində hiss olunub.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) sunami riski olmadığını açıqlayıb.
Ölkə mətbuatının məlumatına görə, zəlzələ nəticəsində ilkin olaraq tələfat və xəsarət alanlar barədə məlumat yoxdur. Hazırda bölgədə təkanlar davam edir.
Qeyd edək ki, 130 aktiv vulkana sahib olan İndoneziya Sakit Okean "Alov Halqası" zonasında yerləşir və dünyanın ən aktiv seysmik bölgələrindən biri hesab olunur.
Oxşar xəbərlər
Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib
Ölkənin mərkəzi bankı rolunu yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini aşağı salmaqdan imtina edərsə, Vaşinqton bir neçə dövlətlə ticarə...