İlon Maskın sərvəti 600 milyard dolları keçdi – tarixi rekord
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-li milyarder iş adamı İlon Mask tarixdə sərvəti 600 milyard dolları aşan ilk şəxs olub. Bu artım əsasən onun rəhbərlik etdiyi "SpaceX" şirkətinin mümkün IPO-su (səhmlərin ilkin kütləvi təklifi) ilə bağlı yayılan xəbərlərdən sonra qeydə alınıb.
BAKU.WS "Forbes"ə istinadən xəbər verir ki, "SpaceX"in təxminən 800 milyard dollar dəyərində qiymətləndirilə biləcəyi ehtimalları Maskın sərvətində kəskin artıma səbəb olub. Şirkətdə təxminən 42 faizlik paya sahib olan Maskın sərvəti bir anda 168 milyard dollar artaraq təxminən 677 milyard dollara yüksəlib.
Qeyd edək ki, Mask oktyabr ayında da 500 milyard dollarlıq sərhədi keçən ilk şəxs kimi tarixə düşmüşdü. Onun sərvətinin artmasına "Tesla" şirkətindəki payı da təsir göstərib. Satışlarda zəifləmə olsa da, bu il "Tesla" səhmləri ümumilikdə 13 faiz bahalaşıb.
Bundan əlavə, İlon Maskın süni intellekt sahəsində fəaliyyət göstərən "xAI" şirkətinin də yüksək dəyər üzərindən yeni investisiya danışıqları apardığı bildirilir.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...