İlon Mask OpenAI-ni xAI-nin sirlərini oğurlamaqda ittiham etdi

İlon Mask OpenAI-ni xAI-nin sirlərini oğurlamaqda ittiham etdi
Dünya 23

İlon Mask öz süni intellekt startapı xAI-ın OpenAI-yə qarşı qaldırdığı iddia ilə bağlı açıqlama verib. O, rəqib şirkəti "müntəzəm olaraq oğurluq etməkdə və fırıldaqçılıqda" ittiham edib.

BAKU.WS xəbər verir ki, məlumata görə, OpenAI xAI əməkdaşlarını işə cəlb edib, onlara təzyiq göstərərək məxfi məlumatların açıqlanmasına çalışıb və startapın məxfi kodu ilə biznes planlarına çıxış əldə edib. Mask bildirib ki, xAI dəfələrlə xəbərdarlıq etsə də, rəqib bu hərəkətləri davam etdirib və nəticədə məhkəmə iddiası qaldırılıb.

OpenAI isə ittihamları rədd edib və bunları Maskın kampaniyasının bir hissəsi adlandırıb.

Mask sosial şəbəkədə yazıb: "Biz onlara çox xəbərdarlıq etdik, amma onlar oğurluğu davam etdilər. Bütün digər variantlar tükəndikdən sonra yalnız məhkəmə yolu qaldı".

Oxşar xəbərlər

Ən cəlbedici qadınlar bu ayda doğulur

Ən cəlbedici qadınlar bu ayda doğulur

Psixoloji sorğular və sosial müşahidələrə görə, ən cəlbedici qadınlar may ayında doğulanlar hesab olunur. BAKU.WS xəbər verir ki, mütəxəssislər bunu yaz fəslin...

203 Dünya 12:43 13 dekabr 2025

Son xəbərlər