İlon Mask Kanadanı saxta ölkə adlandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı milyarder və ABŞ Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask sosial şəbəkələrdə Kanadanın real ölkə olmadığını bildirib.
BAKU.WS xəbər verir ki, Mask bu bəyanatı minlərlə Kanada sakininin onun vətəndaşlıqdan məhrum edilməsini tələb edən petisiyaya imza atmasına cavab olaraq verib.
"Kanada əsl ölkə deyil", - deyə Mask bildirib.
Xatırladaq ki, bundan əvvəl 160 mindən çox kanadalı petisiya imzalayaraq İlon Maskın Kanada vətəndaşlığından məhrum edilməsini tələb edib. Digər məsələlərlə yanaşı, ölkənin 20 minə yaxın sakini hakimiyyətdən ABŞ prezidenti Donald Trampı persona non qrata kimi tanımağı tələb edib.
Sənəddə qeyd edilir ki, Mask 1989-cu ildə Kanada vətəndaşlığını alıb və ölkənin maraqlarına xələl gətirən hərəkətlər edib. Xüsusilə, o, "Kanadanın suverenliyinə xələl gətirmək" istəyən xarici hökumətin üzvü olub və seçkilərə də müdaxilə edib.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...