İlon Mask 13-cü övladının anasına 2,5 milyon dollar ayırıb

İlon Mask 13-cü övladının anasına 2,5 milyon dollar ayırıb
Dünya 123

Amerikalı milyarder İlon Mask 13-cü övladının anası olduğu iddia edilən Eşli Sent-Klerə 2,5 milyon dollar verib və hər il 500 min dollar ayıracağını açıqlayıb.

BAKU.WS xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb.

Mask paylaşımında bildirib ki, uşağın atası olub-olmadığını dəqiq bilməsə də, bunu öyrənməyə qarşı olmadığını vurğulayıb. O, bunun üçün məhkəmə qərarına ehtiyac olmadığını qeyd edib: "Dəqiq bilmirəm, amma artıq Eşliyə 2,5 milyon dollar göndərmişəm və ona hər il 500 min dollar ödəyəcəyəm."

26 yaşlı amerikalı mühafizəkar fəal və yazıçı Eşli Sent-Kler bir müddət əvvəl jurnalistlərə Maskdan bir övlad dünyaya gətirdiyini açıqlayıb və şəxsi həyatına hörmət edilməsini istəyib. Onun sözlərinə görə, körpə artıq beş aylıqdır. O, bu barədə əvvəllər danışmadığını, uşağını lazımsız diqqətdən qorumaq istədiyini bildirib. Eşli övladının təhlükəsiz və rahat şəraitdə böyüməsi üçün əlindən gələni edəcəyini qeyd edib. Eyni zamanda, media nümayəndələrini şəxsi həyata hörmətlə yanaşmağa çağırıb.

İlon Mask isə bu xəbərə yalnız bir sözlə reaksiya verib: "Oho!"

Oxşar xəbərlər

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ dörd fiziki şəxsə və 12 şirkətə qarşı sanksiya tətbiq edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında d...

19 Dünya 22:22 16 sentyabr 2025

Son xəbərlər