İki təyyarə toqquşmadan son anda yayınıb - ANBAAN GÖRÜNTÜ
26
fev
2025
14:58
ABŞ-nin Çikaqo hava limanında Southwest Airlines aviaşirkətinə məxsus sərnişin təyyarəsi eniş zamanı Flexjet hava yolu şirkətinin təyyarəsi ilə toqquşmaqdan son anda yayınıb. Hadisə anı videoya düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, hadisə zamanı Southwest Airlines təyyarəsi enişə hazırlaşırdı. Təyyarənin eniş zolağına təkərləri toxunduğu anda pilotlar qarşıdan hərəkət edən Bombardier markalı başqa bir təyyarəni görüb və dərhal ikinci dövrəyə qalxaraq toqquşmanın qarşısını alıblar. Təyyarənin təkrar enişi uğurla baş tutub.
Oxşar xəbərlər
Ölkədə ayaqqabı istehsalı artıb - Son statistik göstəricilər
Azərbaycanda ayaqqabı istehsalı iki faizdən çox artıb. Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 936 min cüt ayaqqabı istehsal edilib. Dövlət Statist...