İbrahim Tatlısesi prokurorluğa şikayət edən meneceri: "6 ildə 3 dəfə kəbin kəsdirdi"
Müğənni İbrahim Tatlıses barədə prokurorluğa şikayət daxil olub.
BAKU.WS xəbər verir ki, sənətçinin əvvəllər meneceri olan Şule Yazar, Tatlısesin ona psixoloji təzyiq göstərib şantaj və təhqir etdiyini açıqlayıb.
İzmir Baş Prokurorluğunda Tatlıeses barədə "hədə-qorxu, təhqir və psixoloji şiddət" iddiaları qaldırılıb.
Şule Beyaz TV-də yayımlanan "Söylemezsem Olmaz" proqramına zəng edərək başına gələnləri danışıb:
"O, qadınlara qarşı davamlı olaraq nalayiq davranışlar və təhdidlər nümayiş etdirir. 6 il ərzində 3 dəfə kəbin kəsdirdiyinə şahid oldum. Dövlətə xeyli miqdarda borcu var. Onun borcunun məbləğini öyrənsələr şoka düşərlər. Bir çox işçinsinə təzminat ödəməyib. Hamımızın onun üzərində haqqımız var. O ölkəmizin imicini zədələyir. Cinayətkarlarla əlaqəsi var və davamlı olaraq onlarla görüşür".
Onun bu söylədikləri aparıcıları şoka salıb.
Oxşar xəbərlər
İrandakı Natanz nüvə obyekti vurulub
ABŞ və İsrail İranın Natanzdakı nüvə obyektinə zərbə endirib. BAKU.WS xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Natanzdak...