Husilər İsraildəki aeroporta dronla zərbə endiriblər: Yaralananlar var
07
sen
2025
21:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yəməndəki "Ənsar Allah" hərəkatından olan husilərin İsrailin Ramon hava limanına dronlarla hücumu nəticəsində iki nəfər yaralanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İsrail Milli Tibbi Xidməti öz "Telegram" kanalında məlumat yayıb.
Xəsarət alanlar 63 yaşlı kişi və 53 yaşlı qadındır.
Məlumata görə, husilər tərəfindən buraxılan dron hava limanına düşüb və ona ziyan vurub. Hadisə yerindən çəkilmiş kadrlarda terminalın üzərindən tüstünün qalxdığı görünür.
Hücuma cavab olaraq aeroport üzərində hava məkanı müvəqqəti bağlanıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...